DÜNYA ÖZ XƏBƏR

Çarli Kirkə edilən hücumun şübhəlisi öz əməlini gizlətməyi planlaşdırırdı

ABŞ-ın Yuta ştatında konservativ aktivist Çarli Kirkə qarşı sui-qəsd hadisəsi ilə bağlı şübhəli, 22 yaşlı tələbə Tayler Ceyms Robinsonun, hərəkətini ömrü boyu gizlətməyi planlaşdırdığı bildirilib.

32gun.az xəbər verir ki, bu barədə Yuta ştatı rayon prokuroru Ceff Grey The New York Times-a açıqlama verib.

Prokuror Robinsonun qonşusu ilə yazışmalarını oxuyub. Qonşu, Robinsonun romantik münasibətdə olduğu bioloji kişi olub. Yazışmada Robinson qonşusuna belə deyib:
"Doğruyu deyim, ümid edirdim ki, bunu ömrüm boyu gizli saxlayım. Səni də buna cəlb etdiyim üçün təəssüf edirəm."

Grey əlavə edib ki, şübhəlilərin anası xəbər proqramında atəş açan şəxsin şəklini gördükdə oğluna oxşadığını düşünüb. Daha sonra o, narahatlığını ərinə bildirib və atası da razılıq verib.

10 sentyabrda baş verən hücum zamanı Kirk Yuta ştatındakı universitet kampusunda çıxış edirdi. Təxminən 800 metr məsafədən edilən atəş nəticəsində aktivistin boyun nahiyəsinə tuş gəlib. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Birkaç gün sonra hüquq-mühafizə orqanları şübhəli Robinsonu həbs edib. Bildirilib ki, gənc tələbə Kirkin siyasi baxışlarından narazı olub və sui-qəsdə görə məsuliyyəti boynuna almayıb.

Ayaz 

Oxşar Xəbərlər