DÜNYA ÖZ XƏBƏR

Keyt Middlton ictimaiyyət qarşısına 10 min avroluq çanta ilə çıxıb - FOTO

Kembric hersoginyası Keyt Middlton Kents hersoginyasının vida mərasimində qara paltar, papaq və 10 min avro dəyərində "Chanel Medium Classic Flap" çantası ilə görünüb.

32gun.az xəbər verir ki, bu barədə People xəbər yayıb.

Ötən həftə Keyt Middlton qadınlar arasında keçirilən dünya çempionatı üzrə rugby yarışına qatılıb. Hersoginya əvvəlki günlərə nisbətən daha tünd saç rəngi ilə ictimaiyyət qarşısına çıxıb. Onun saçları arxadan yığılmış, makiyajı isə qəhvəyi göz kölgələri və çəhrayı dodaq boyası ilə tamamlanıb.

Sport tədbiri üçün Keyt Middlton tünd rəngli Ralph Lauren tweed blazer, fırfırlı ağ bluz və qara şalvar seçib. O, görünüşünü qızılı aksessuarlarla tamamlayıb.

Bundan əvvəl Radar Online nəşri bir insayderə istinadla xəbər vermişdi ki, K. Middlton kəskin şəkildə çəki itirməyə başlayıb.

Nilay 

Oxşar Xəbərlər