Kamçatka yarımadasında 7,2 maqnitudalı güclü zəlzələdən sonra yarımadanın şərq sahili üçün sunami təhlükəsi elan edilib.
32gun.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi (FHN) Telegram kanalında məlumat yayıb.
Məlumata görə, yerli əhali xəbərdar edilir və təhlükəsizlik tədbirləri görülür.
Zəlzələ yerli vaxtla saat 06:58-də (Moskva vaxtı ilə 21:58) qeydə alınıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 93 kilometr şimal-şərqdə yerləşib.
Petropavlovsk-Kamçatsk və Vilyuçinsk şəhərlərində təkanlar 7 bala qədər hiss olunub.
Ayaz