ABŞ BMT Təhlükəsizlik Şurasında Qəzzada atəşkəsin təmin olunması, girovların azad edilməsi və humanitar yardım məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edən qətnamə layihəsini bir daha veto edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ Təhlükəsizlik Şurasının 10 mininci iclasında müzakirəyə çıxarılıb. Sənədin lehinə 14 üzv, o cümlədən daimi üzvlər — Rusiya, Çin, Fransa və Böyük Britaniya səs verib. Yeganə əleyhinə səs verən ölkə isə ABŞ olub.
Qətnamə layihəsinin müəllifləri BMT Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü olub. Onlar bundan əvvəl də oxşar təşəbbüslərlə çıxış etsələr də, ABŞ iki dəfə sənədləri bloklamışdı.
Xatırladaq ki, 16 sentyabrda BMT-nin müstəqil beynəlxalq komissiyası İsrailin Qəzzadakı hərəkətlərini soyqırımı kimi tanıyıb. İsrail Xarici İşlər Nazirliyi isə bu hesabatı “HƏMAS-ın əlaltılarının hazırladığı”, “tam təkzib olunmuş və yalan məlumatlardan ibarət” sənəd adlandırmışdı.
Ayaz