Rusiya Hüquq-mühafizə orqanları Ximki şəhərinin sabiq başçı müavini Dmitri Kaygorodovu xüsusilə böyük məbləğdə dələduzluq işi üzrə saxlayıb.
32gun.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, o, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə böyük məbləğdə dələduzluq) üzrə şübhəli bilinir.
İstintaqın versiyasına əsasən, 2022-ci ildə “Çexov rayonunun Mənzil Kommunal Təsərrüfatı” müəssisəsinin rəhbərliyi kommunal infrastrukturun yenidənqurma və modernləşdirilməsi ilə bağlı görülən işlərin həcmi və keyfiyyəti barədə Moskva vilayəti hökumətinə bilərəkdən saxta məlumat təqdim edib. Bundan əlavə, təqsirləndirilən şəxslərin bələdiyyə müəssisəsinə məxsus təxminən 2 milyon rublu mənimsədikləri bildirilir.
Qeyd edək ki, Dmitri Kaygorodov 2019–2022-ci illərdə Ximki administrasiyasında vəzifə tutub.
Ayaz