Fransanın yeni müdafiə naziri vəzifədən imtina etdi
Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Mair, ölkənin Silahlı Qüvvələr Naziri təyin olunduqdan qısa müddət sonra vəzifədən imtina edib.
32gun.az xəbər verir ki, o barədə X sosial şəbəkəsində məlumat verib.
Le Mair paylaşımında yazıb:
“Qərarımın bəzi insanlar tərəfindən anlaşılmaz, yalan və ölçüsüz reaksiya ilə qarşılandığını müşahidə edirəm... Bu gün səhər tezdən hökumətin tərkibindən dərhal çıxmaq və silahlı qüvvələr naziri səlahiyyətlərimi baş nazirə təhvil vermək barədə qərar verdim.”
O əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron onun istefa təklifini qəbul edib. Le Mair ümid etdiyini bildirib ki, bu addım yeni hökumət üzrə danışıqları irəlilətməyə kömək edəcək.
Xatırladaq ki, 6 oktyabrda Elize sarayı Fransa baş naziri Sebasten Lekornunun istefa verdiyini və prezidentin bunu qəbul etdiyini açıqlamışdı.
Beləliklə, Lekornunun baş nazir kimi fəaliyyəti Fransa tarixində ən qısa müddətli olub — o, vəzifədə bir aydan az qalıb.
BFMTV telekanalının məlumatına görə, Makron növbəti hökumətin formalaşdırılmasında uğursuzluq olarsa, “bütün məsuliyyəti üzərinə götürəcəyini” bəyan edib.
Ayaz