DÜNYA ÖZ XƏBƏR

Tramp Linkolnun vannasını bərpa etdirdi: “Yaşıl plitələr tamamilə yersiz idi”

ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Ağ Evdə Lincolnun vannasının yenidən bərpasının başa çatdığını elan edib.

32gun.az bildirir ki, o, otağın əvvəlki ar-deko üslubunda tərtibatını sərt şəkildə tənqid edib.

Lincolnun vannasını bərpa etdirdim. 1940-cı illərdə onu ar-deko üslubunda, yaşıl plitələrlə bəzəmişdilər ki, bu da Lincolnun dövrü üçün tamamilə yersiz idi”, — deyə Tramp bildirib.

Qeyd edək ki, Lincolnun yataq və vanna otaqları Ağ Evin ikinci mərtəbəsində yerləşir və ABŞ-ın 16-cı prezidenti Avraam Lincolnun adını daşıyır.

Bundan əvvəl ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evin şərq qanadının sökülməsi ilə bağlı narahatlığını ifadə etmişdi.

Xatırladaq ki, avqust ayında Tramp 200 milyon dollarlıq genişmiqyaslı Ağ Ev rekonstruksiyası planlarını açıqlamışdı. Prezidentin sözlərinə görə, layihə çərçivəsində şərq qanadının yerində yeni bəl salonu tikiləcək. Tramp bu təşəbbüsü “ölkəyə hədiyyə” adlandırıb və qeyd edib ki, tikinti öz vəsaiti və şəxsi ianələr hesabına həyata keçiriləcək.

Ayaz 

Oxşar Xəbərlər