Hindistanın Uttar-Pradeş ştatının Bidjnor şəhərində kişi spirtli içki qəbul etdikdən sonra altı yaşlı qızına təcavüz edib.
32gun.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Hadisə nəticəsində azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir.
Polis rəsmisi Krişna Gopal Sinqhin sözlərinə görə, hadisə ilə bağlı şikayət zərərçəkmişin anası tərəfindən noyabrın 8-i axşam saatlarında daxil olub.
Qanun-mühafizə orqanlarının məlumatına əsasən, şübhəli şəxs barəsində müvafiq maddələr üzrə cinayət işi açılıb. O, hadisədən sonra qaçıb və hazırda axtarışdadır.
Nilay