Sasseks hersoginyası Meqan Markl və şahzadə Harri tanınmış astroloq Anjela Perl ilə görüşüblər.
32gun.az bildirir ki, görüşdən çəkilən fotonu astroloq öz Instagram hesabında paylaşıb.
Anjela Perl paylaşımlarında Harri ilə selfi və Sasseks hersoqlarının təşəkkür məktubunu göstərib. Məktubda Markl və Harri astrologla səmimi söhbətə görə minnətdarlıq bildiriblər.
“Hələ də bu xüsusi axşamın təsiri altındayam. Təşəkkürlər, şahzadə Harri və Meqan, isti qəbula və ilhamverici söhbətə görə,” – deyə Perl yazıb.
Paylaşım altındakı şərhlərdə istifadəçilər Meqan və Harrinin astroloqla görüş səbəbini müzakirə ediblər.
Bundan əvvəl Meqan Markl Paris dəb həftəsi çərçivəsində keçirilən “Balenciaga” şousunda göründükdən sonra plastik əməliyyat keçirməsi ilə bağlı şayiələr yayılmışdı.
Oktyabrın 4-də Markl tədbirə ağ kostyum, uzun naxışsız plaş və iti burunlu qara dikdaban ayaqqabılar geyinərək qatılıb. Saçlarını səliqəli topuz formasında yığıb və təbii makiyajla diqqət çəkib. O, tədbirə iyul ayında “Balenciaga”nın kreativ direktoru təyin olunan dostu Pyerpaolo Pıççolini dəstəkləmək üçün gəlmişdi.
Ayaz