Slovakiyanın Baş naziri Robert Fitso Poprad şəhərində orta məktəb şagirdləri ilə görüş zamanı zalı tərk edən tələbələrə kəskin reaksiya göstərib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə tələbə siyasətçinin mövqelərini qəbul etmədiklərini göstərmək üçün görüşə qara futbolkalarda gəlib. Daha sonra onlar açarlarını cingildədərək zalı tərk etməyə başlayıblar. Şagirdlərdən biri isə Ukrayna bayrağı qaldırıb.
Fitso etiraz edən gənclərə belə səslənib:
“Əgər siz bu qara futbolkalarda özünüzü qəhrəman hesab edirsinizsə və bu müharibəni belə müdafiə edirsinizsə, buyurun… Buyurun, gedin Ukraynada vuruşun.”
Baş nazirin sözlərinə görə, bu cür davranış başqa fikrə hörmətsizlik göstərmək deməkdir.
11 noyabrda Fitso bildirmişdi ki, Ukraynaya suveren Rusiya aktivləri hesabına kredit verilməsi münaqişəni daha iki il uzadacaq. O qeyd edib ki, Slovakiya bu vəsaitlərin Kiyevin hərbi xərcləri üçün istifadəsinə yönəlmiş hüquqi və maliyyə mexanizmlərində iştirak etməyəcək.
Ayaz