“Federal Sərnişin Şirkəti” (FPC) qatarda Şura adlı itin qaçması ilə bağlı hadisədən sonra heyvanların yemlənməsi və su verilməsi qaydalarını dəyişib və onlar üçün ayrıca sığorta tətbiq etməyi planlaşdırır.
32gun.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Vladimir Pyastolov məlumat verib.
Hadisə 2025-ci ilin sentyabrında “Novorossiysk–Yekaterinburq” qatarında baş verib. FPC-nin məlumatına görə, növbəti dəfə su dəyişdirilən zaman it qəfəsdən çıxaraq qaçıb. Altı gün davam edən axtarışlardan sonra şirkət əməkdaşları heyvanı taparaq saxlayıblar.
Pyastolov bildirib ki, yeni qaydalara əsasən, sahibinin müşayiəti olmadan daşınan ev heyvanlarının yemlənməsi və su verilməsi yalnız baqaj kupesinin qapıları bağlı halda, həmçinin vaqonun koridor və tambur qapıları tam bağlandıqdan sonra və yalnız qatar hərəkətdə olarkən həyata keçiriləcək.
İtin sahibi daha sonra açıqlayıb ki, Şuranın daşınması mövcud qaydalara uyğun aparılıb. Lakin heyvanı qarşılamalı olan qohumu ilə yalnız qaçış hadisəsindən sonra əlaqə saxlanılıb.
Nilay