Litva hakimiyyəti 29 oktyabrda bir aylıq bağlanan Belarusiya sərhədinin planlaşdırılan müddətdən tez açılması ehtimalını istisna etmir.
32gun.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kestutis Budris məlumat verib.
Nazirin sözlərinə görə, məsələ müzakirə olunur: “Sərhədin vaxtından əvvəl açılması mümkündür. Biz heç vaxt müəyyən tarixə qədər nəyəsə nail olmaq kimi hədəf qoymamışıq. Əsas odur ki, ölkəmizə qarşı hibrid hücumlar dayansın”.
Budris bildirib ki, sərhədlə bağlı qərarlar əvvəlki səbəblər və təhlükəsizlik meyarları əsasında qəbul edilməlidir. Onun sözlərinə görə, vəziyyət dəyişib və artıq nəzarət altındadır. Ölkənin hava limanları da sabit fəaliyyət göstərir.
Xatırladaq ki, Litva 29 oktyabrda öz hava məkanında tez-tez müşahidə olunan meteozondlara görə Belarusiya ilə sərhədi bir aylıq bağlamışdı. Vilnüs iddia edir ki, bu uçan qurğular qaçaqmalçılıq üçün istifadə olunur və mülki aviasiya üçün təhlükə yaradır. Cavab olaraq Belarusiya Litva və Polşa nömrəli yük maşınlarının ölkə ərazisində hərəkətini qadağan edib.
Ayaz