ÖZ XƏBƏR
MİDA yenə 10 manatlıq “HÜNƏR-İNŞAAT” MMC-ni seçdi – 26 milyonluq tenderdə
MİDA Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli, eləcə də 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisi üçün “HÜNƏR-İNŞAAT” Firmasını qalib elan edib.
32gun.az xəbər verir ki, 26milyon 369 min 453 AZN-lik müqavilə nəzərdə tutulur. Qalib şirkətin rəhbəri Nəbiyyev Yunis Nəbi oğludur və nizamnamə kapitalı 10 manatdır.
Qeyd edək ki, adıçəkilən şirkət əvvəllər də MİDA-nın milyonluq tenderlərinin qalibi olub.
AYaz