ÖZ XƏBƏR

Azərbaycan Dillər Universiteti üçün 410 min AZN-lik texnologiya avadanlıqları alınır

Azərbaycan Dillər Universiteti maşın və avadanlıqların satın alınması üçün tender elan edib.

32gun.az xəbər verir ki, bunun üçün 410.628,20 AZN büdcə ayırılıb. 

Satınalma çərçivəsində yüksək texniki göstəricilərə malik komutator və serverlər, 86 düymlük 4K interaktiv ekranlar, Veeam Data Platform və Windows Server 2022 Datacenter proqram təminatı, həmçinin NAS Storage kimi texnoloji avadanlıqlar əldə ediləcək. Quraşdırma və sazlama işləri təchizatçı tərəfindən təmin olunacaq.

 Ayaz

Oxşar Xəbərlər