DÜNYA ÖZ XƏBƏR

ABŞ Nümayəndələr Palatası Ceffri Epşteyn işi ilə bağlı materialların açıqlanmasını tələb edən qanun layihəsini qəbul etdi

ABŞ Nümayəndələr Palatası skandalı ilə yadda qalan maliyyəçi Ceffri Epşteyn işinə dair materialların Ədliyyə Nazirliyi tərəfindən dərc edilməsini tələb edən qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib. 

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, “Epşteyn materiallarının şəffaflığı haqqında akt”ı 427 konqresmen dəstəkləyib, yalnız 1 nəfər əleyhinə səs verib. Sənəd indi Senatın müzakirəsinə göndərilib.

Qanun layihəsinin səsverməyə çıxarılması həm demokratların, həm də bir sıra respublikaçıların – o cümlədən Marjori Teylor QrinTomas Massinin təzyiqləri nəticəsində mümkün olub. Konqresmenlər azadlıq petitiyası adlanan prosedurdan istifadə edərək Nümayəndələr Palatasının spikeri Mayk Consonun mövqeyini kənara qoymağa və sənədi səsverməyə çıxarmağa nail olublar.

Ceffri Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı Manhetten evinə və şəxsi adasına onlarla yeniyetmə qızı dəvət etməkdə ittiham olunurdu. İstintaqın müəyyənləşdirdiyinə görə, dəvət olunanların ən gənci 14 yaşında olub. 2019-cu ilin avqustunda Epşteyn həbs kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və həyatını xilas etmək mümkün olmayıb.

Demokratlar tərəfindən açıqlanan yazışmalarda Epşteynin ABŞ-ın keçmiş prezidenti Donald Tramp haqqında mümkün “seks kompromatı”ndan bəhs edilir və Newsweek yazır ki, həmin materiallarla guya Rusiya prezidenti Vladimir Putin tanış ola bilər. Jurnalın iddiasına görə, söhbət Trampın “Bubba” ləqəbli şəxs ilə intim əlaqədə olmasından gedir. Epşteynin qardaşı yazışmada Putində həmin əlaqəyə dair “şəkillərin” olub-olmadığını soruşur.

Donald Tramp sənədlərin dərcini “demokratların uğursuzluqlarından diqqəti yayındırmaq məqsədi daşıyan saxtakarlıq” adlandırıb.

Ayaz 

Oxşar Xəbərlər