ABŞ-ın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri Kiyevin bir sıra ərazilərdən və bəzi silah növlərindən imtina etməsini nəzərdə tutur.
32gun.az bildirir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqtonun irəli sürdüyü plan həmçinin Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin azaldılmasını da ehtiva edir. Bildirilir ki, ABŞ Kiyevdən bu planın əsas müddəalarını qəbul etməsini gözləyir.
Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsi üzrə yeni Amerika sülh planının hazırlanmasına rəhbərlik edir.
Qərb KİV-lərinin məlumatına görə, ABŞ və Rusiya Ukraynadakı müharibənin dayandırılması ilə bağlı 28 bənddən ibarət yeni plan üzərində işləyirlər. Bu arada ABŞ ordusunun katibi Daniel Driskollun rəhbərlik etdiyi nümayəndə heyətinin Kiyevə səfər edəcəyi bildirilib. WSJ-nin mənbələri iddia edir ki, Driskollun missiyası ABŞ prezidentinin adından sülh danışıqlarını bərpa etməkdir. Onun Kiyevdən sonra Rusiya tərəfi ilə də görüş planlaşdırdığı qeyd olunur.
RFİP rəhbəri Kirill Dmitriyev isə Axios-a müsahibəsində 24–26 oktyabr tarixlərində Mayamidə Uitkoffla intensiv təmasda olduğunu təsdiqləyib. Dmitriyevin sözlərinə görə, Moskva üçün Tramp və Vladimir Putin arasında Alyaskada razılaşdırılmış prinsipləri əsas götürərək Ukrayna münaqişəsinin həlli və Rusiya–ABŞ münasibətlərinin bərpası üzrə təklif hazırlamaq mühüm idi.
Ayaz