Londondakı Rusiya səfirliyi Böyük Britaniyanın müdafiə naziri Con Xilinin Rusiya gəmisı “Yantar” barədə səsləndirdiyi iddiaların Avropada vəziyyətin destabilizasiyasına xidmət etdiyini bildirib.
32gun.az xəbər verir ki, Diplomatlar Londonu yeni təhlükəli situasiyaların yaranmasına səbəb ola biləcək destruktiv addımlardan çəkinməyə çağırıblar. Səfirlik təhlükəsizlik məsələlərinə daha məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.
Xatırladaq ki, 19 noyabrda Britaniya müdafiə naziri Con Xili Rusiyaya açıq xəbərdarlıq edərək “Yantar” gəmisinin Britaniya ərazi sularına yaxın fəaliyyətlərindən narahat olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu, son bir ildə Rusiyaya məxsus gəminin Britaniya sularına ikinci daxilolmasıdır. Xili ekipajı sualtı rabitə kabellərinin xəritələşdirilməsi və Britaniya Hərbi Hava Qüvvələrinin pilotlarına lazer şüaları yönəltməkdə ittiham etmişdi.
Nazir daha sonra Britaniya qırıcılarının və bir freqatın rusiyalı okeanoqrafik gəmini müşahidə etmək üçün göndərildiyini açıqlamışdı.
Ayaz