Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat Birliyi 2,2 milyonluq ağıllı işıqlandırma sistemi alır
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ağıllı küçə işıqlandırması və enerji idarəetmə sistemi işlərinin satın alınması ilə bağlı yeni layihəyə start verib.
32gun.az xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 2 267 862,65 AZN təşkil edir.
Layihə çərçivəsində küçə işıqlarının LoRaWan texnologiyalı nəzarətçilərlə təchiz edilməsi, suya davamlı IP67 standartlı idarəetmə qurğularının quraşdırılması, 4G LTE əsaslı nəzarət avadanlıqlarının (sim kart və üç illik abunə daxil olmaqla) istifadəsi, enerji bloklarının yenilənməsi, işıq sensorlarının inteqrasiyası və Waterprog tipli IP65 qorunmalı panellərin tətbiqi nəzərdə tutulur. Satınalma həmçinin proqram təminatının hazırlanmasını və sistemin 1C platformasına tam inteqrasiyasını da əhatə edir. Məlumata görə, şəhərin küçə işıqlandırma infrastrukturunda genişmiqyaslı modernizasiya məqsədi ilə bu avadanlıqların quraşdırılması planlaşdırılır.
Ayaz