Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı səhiyyə naziri Teymur Musayevin həkimlərin bölgələrə təyinatı məsələsində kifayət qədər prinsipial davranmadığını bildirib.
32gun.az bildirir ki, Deputat “Dövlət Sosial Müdafiə Fondu” və “İşsizlikdən Sığorta Fondu”nun 2026-cı il büdcəsinin müzakirəsi zamanı söyləyib ki, təyinat alan hər bir gənc həkim mütləq şəkildə göndərildiyi əraziyə getməlidir.
Onun sözlərinə görə, Tibb Universitetinin məzunları xarici ölkələrdə belə məmnuniyyətlə qəbul edilir və bu da hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir:
“Hazır həkimi yetişdirib, sonra onu başqa ölkələrə ‘bəxşiş’ vermək olmaz. Dövlətə olan borc ödənilməlidir”.
Səyyad Salahlı həmçinin 1980-ci ildə İmişlinin Aranalı kəndində tikilən, lakin 45 ildir istifadəsiz qalan xəstəxana binasına da diqqət çəkib. Deputat nazir Teymur Musayevi həmin obyektin taleyi ilə maraqlanmağa çağırıb.
Ayaz