Qəribovun "Unibank"ı müştəriləri narazıdır: “Kartı yalnız Apple Pay-də istifadə edirəm, amma hesabımdan icazəsiz pul çıxılıb”
Rövşən Cəlilov adlı vətəndaş "Unibank"la bağlı narazılığını sosial şəbəkədə paylaşıb.
32gun.az-ın xəbərinə görə, o bildirib ki, bank kartından yalnız Apple Pay vasitəsilə istifadə etməsinə baxmayaraq, bu gün kartına icazəsiz müdaxilə olunub və hesabından məbləğ çıxılıb.
Şikayətçinin sözlərinə görə, əməliyyatın onun tərəfindən edilməməsinə baxmayaraq, Unibankın operatoru məsuliyyəti müştərinin üzərinə ataraq guya onun özünün hansısa abunəliyə qoşulduğunu iddia edib:
“Kartı yalnız Apple Pay-də saxlayıram. Heç kimdə kart məlumatım yoxdur. Heç bir OTP bildirişi də gəlməyib. Operator deyir ki, guya abunəliyə özünüz qoşulmusuz. Bu necə ola bilər?”
Vətəndaş bankdan əməliyyatın araşdırılmasını və vəsaitin geri qaytarılmasını tələb edir. O həmçinin qeyd edib ki, əgər məsələ həllini tapmasa, aidiyyəti qurumlara şikayət edəcək.

Qeyd edək ki, Hazırda “Unibank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti olaraq Heybət Qədirov icra edir.

Bankın əsas səhmdarı və Müşahidə Şurasının sədri isə Eldar Qəribovdur.
Nilay