DÜNYA
Çində qatar yolda dayanan işçiləri vurdu - Ölənlər var
Çinin cənubundakı Kunminq əyalətində seysmik avadanlığı sınaqdan keçirən qatar yolda dayanan işçiləri vurub.
"32gun.az" xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb, iki nəfər yaralanıb.
Hadisə bu gün səhər saatlarında baş verib. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin digər hallarını araşdırır.