DÜNYA
Qara dənizin Türkiyə sahillərində gəmi partladı
Qambiya bayrağı altında üzən tanker Qara dənizin Türkiyə sahillərində "xarici təsir" səbəbindən yanıb.
"32gun.az" xəbər verir ki, bu barədə Türkiyə Dəniz Administrasiyası məlumat yayıb.
Administrasiyanın məlumatına görə, sözügedən tanker Novorossiyskə gedən yüksüz Kairos gəmisi olub.
25 heyət üzvünün vəziyyəti normaldır.
Administrasiya, həmçinin, onların təxliyəsi üçün hazırlıqların aparıldığını açıqlayıb. Xilasedicilər gəmiyə göndərilib.