HADİSƏ
Şabranda evakuator qatarla toqquşdu, sürücü yaralandı
Şabran rayonunun Uzunboyad kəndində evakuator qatarla toqquşub.
"32gun.az" xəbər verir ki, hadisə dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində evakuatorla toqquşub. Avtomobilin 47 yaşlı sürücüsü Zülfüqar Əzizov ağır yaralanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.