ÖZ XƏBƏR
DGK Hospitalından 1,09 milyonluq dərman alınması – Antibakterial preparatlar üçün tender elan edilib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı antibakterial preparatların satın alınması üzrə yeni tender proseduruna start verib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 1.091.614,21 AZN olaraq göstərilir.
Müqavilə çərçivəsində hospitalda istifadə olunan müxtəlif növ antibakterial və antimikrob preparatların alınması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən satınalma DGK-nın tibbi xidmət sahəsində dərman təminatının gücləndirilməsi və xəstəxananın ehtiyaclarının qarşılanması məqsədilə həyata keçirilir.
Ayaz