DÜNYA
Məşhur opera müğənnisi oğlu tərəfindən öldürüldü
ABŞ-nin məşhur opera müğənnisi Jubilant Sayks öz oğlu tərəfindən öldürülüb.
"32gun.az" xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı müğənni Kaliforniyadakı evində ölü tapılıb.
Atasını öldürməkdə ittiham olunan 31 yaşlı Mayk Sayks müqavimət göstərmədən polisə təslim olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.