HADİSƏ
Gəncədə gənc qadın döyüldü
Gəncədə 20 yaşlı qadın döyülüb.
"32gun.az"ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. 2005-ci il təvəllüdlü G.Ələkbərova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadına yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 20 yaşlı qadın qayını tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.