“Baxçasaray” MMC-nin vergi borcu 400 min manatı ötdü - FOTO
“Baxçasaray” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcunun olması barədə xəbər vermişdik.
32gun.az-ın məlumatına görə, şirkətin vergi borcu artaraq 400 min manatı ötüb. “Baxçasaray” MMC-nın hazırda borcu 423 787,91 manat təşkil edib.
Qeyd edək ki, “Baxçasaray” MMC Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 15, mənzil 409 ünvanında qeydiyyatdadır. Şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. MMC-nin qanuni təmsilçisi Azər Əlizadə Afət oğludur.
MMC 2007-ci ildə fəaliyyətə başlayıb. Şirkət Niderland, İtaliya və digər xarici ölkələrdən idxal olunan bitkilər və dibçəklərin satışını həyata keçirir, həmçinin landşaft və fitodizayn, floristika xidmətləri göstərir. Bundan əlavə, toy və ad günü kimi müxtəlif tədbirlərin təşkili ilə məşğuldur. Şirkət “Lalələr” adlı öz gül salonlarına da sahibdir.
Nilay