ÖZ XƏBƏR
Mədəniyyət Nazirliyi sərnişin daşıma xidmətləri üçün bu şirkətə 640 min manat köçürə bilər
Mədəniyyət Nazirliyinin tabeliyindəki “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti tədbir və proqramların təşkili zamanı sərnişin daşıma xidmətlərinin satın alınması üçün keçdirdiyi tenderin qalibi “Premium Transport Agency” MMC olub.
32gun.az xəbər verir ki, tərəflər arasında 640 350 AZN-lik müqavilə bağlaması gözlənilir.
Müqavilə çərçivəsində regionlarda sürücülər üçün mehmanxana, qidalanma və digər xərclər nəzərə alınacaq. Həmçinin avtobus, mikroavtobus, offroader və müxtəlif kateqoriyalı minik nəqliyyat vasitələrinin əlavə iş günləri və gediş-dönüş məsafələri üzrə xidmətlər təmin olunacaq.
Bildirək ki, qalib şirkətin nizamanmə kapitalı 10 manat, qanuni təmsilçisi Fariz Məmmədov Faiq oğludur.
Ayaz