ÖZ XƏBƏR
Salyandakı faciəli qəzada həlak olan sürücünün Vətən müharibəsi zamanı çəkilmiş fotosu
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı sürücü, 37 yaşlı İbrahimov Zeyqəm Kamil oğlu həyatını itirib. Qəzada həlak olan Zeyqəm İbrahimov hərbçi olub və II Vətən müharibəsində iştirak edib.
32gun.az xəbər verir ki, onun müharibə dövründə çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb. Sözügedən görüntü sosial mediada böyük kədər və duyğu ilə qarşılanıb, onun itkisinə başsağlığı mesajları yazıblar.
Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş hərbçinin faciəli şəkildə həyatını itirməsi cəmiyyətdə dərin təəssüf doğurub. Mərhumun ailəsinə, yaxınlarına və döyüş yoldaşlarına Allahdan səbir diləyirik.
Nily