ÖZ XƏBƏR

ATU yemək ziyafəti verəcək -   131 min manatlıq

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası hazır yemək (catering) xidmətlərinin satın alınması ilə bağlı satınalma proseduru elan edib.

32gun.az xəbər verir ki,  satınalmanın ehtimal olunan qiyməti 131.500,00 AZN təşkil edir.

Məlumata görə, satınalma çərçivəsində 10.000 nəfər üçün gündəlik yemək təminatı nəzərdə tutulur. Texniki şərtlərdə həftənin günləri üzrə adi və diabetik menyular ayrıca müəyyən edilib. Menyulara səhər, nahar və axşam yeməkləri daxildir və müxtəlif növ şorbalar, sıyıqlar, toyuq və mal ətindən hazırlanmış yeməklər, tərəvəzlər, süd məhsulları və çörək növləri ilə təminat planlaşdırılır.

Diabetik menyularda şəkərsiz yeməklər və qara çörəkdən istifadə nəzərdə tutulur ki, bu da xüsusi qidalanma ehtiyacı olan pasiyentlər üçün ayrıca təminat deməkdir.

Ayaz

Oxşar Xəbərlər