Göygöl İcra Hakimiyyəti memarlıq və dizayn şirkətindən zibil qabları alır – 58 min manatlıq
Göygöl Rayon İcra Hakimiyyətinin tabeliyindəki Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tullantı konteynerlərinin satın alınması üzrə tenderin qalibi olaraq “HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətini seçib.
32gun.az xəbər verir ki, şirkətlə 58.199,7 AZN dəyərində müqavilə bağlanacaq.
Müqaviləyə əsasən, satınalma çərçivəsində 1000 litrlik qapaqsız, təkərli zibil qabınin 167 ədəd təminatı nəzərdə tutulur.
Maraqlıdır ki, qalib şirkət – qısa adı ilə HPAC – Azərbaycanda əsasən memarlıq, dizayn və tikinti sahələrində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Şaiq Hüseynli Ağaməli oğludur.
Yəni Göygöl İcra Hakimiyyəti, kommunal xidmətlər üçün nəzərdə tutulmuş zibil qablarını, memarlıq və dizayn sahəsində fəaliyyət göstərən şirkətdən alacaq ki, bu da ictimai tenderlərin məqsədəuyğunluğu və uyğunluğu ilə bağlı suallar yaradır.
Ayaz