ÖZ XƏBƏR

“Əməyin Mühafizəsi Mərkəzi”nin 93 min manatlıq təmir tenderi ləğv edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin İnzibati idarəsinin cari təmir işlərinin satın alınması ilə bağlı elan edilmiş tender ləğv olunub.

 32gun.az xəbər verir ki,  ləğv edilmə səbəbi kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib.

Tenderin ləğvi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.

Ayaz

Oxşar Xəbərlər