ÖZ XƏBƏR

Azərbaycanlı sürücülər Türkiyədə dəhşətli qəza törətdi - Ölümdən döndü

Türkiyənin Rizə vilayətində, Rizə–Bazar magistral yolunda səhər saat 06:30 radələrində baş verən dəhşətli tır qəzasında Azərbaycan vətəndaşları zərər çəkib.
32gun.az bildirir ki, Rizə istiqamətindən Gürcüstan üzərindən Azərbaycana doğru hərəkət edən Zirəddin Ələsgərov idarə etdiyi 99 FT 421 dövlət nömrə nişanlı tır ilə yağış səbəbindən sükan üzərində nəzarəti itirib və eyni istiqamətdə hərəkət edən, qırmızı işıqda dayanan Təhmasib Əliyev idarə etdiyi 77 JR 595 nömrəli digər tıra çırpılıb.
Qəza nəticəsində tırın içində sıxılı vəziyyətdə qalan Zirəddin Ələsgərov AFAD əməkdaşları tərəfindən çıxarılıb və hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Kaçkar Dövlət Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı polis və təcili tibbi yardım əməkdaşları araşdırma aparır.

Ayaz 

Oxşar Xəbərlər