ÖZ XƏBƏR

Qar, yoxsa yağış? – Hansı hava havanı daha tez təmizləyir?

Atmosferin çirklənməsi xüsusilə böyük şəhərlərdə ciddi problemdir. Bu çirklənmənin azalmasında təbii yağıntıların rolu böyükdür.

Qarın təsiri - Yağışın rolu + Hansı daha effektivdir?

Qar hissəcikləri havadakı toz və zərərli maddələri üzərinə çəkərək yerə endirir. Bu səbəbdən qar yağandan sonra hava daha təmiz hiss olunur.

Yağış daha sürətli təmizləmə effekti yaradır, lakin təsiri qısa müddətli olur.

Mütəxəssislər uzunmüddətli hava təmizliyi üçün qarın daha təsirli olduğunu bildirir.


Ekoloq Elcahan Quliyev qeyd edir ki, “qar yağışı şəhər havasını daha dərindən təmizləyir, lakin sənaye tullantıları çox olan ərazilərdə bu təsir məhdud qalır”.

“Qar yağışı havadakı xırda toz hissəciklərini, ağır metalları və bəzi kimyəvi birləşmələri üzərinə çəkərək daha yavaş, amma daha dərin şəkildə yerə endirir. Bu səbəbdən qar yağdıqdan sonra hava uzun müddət daha təmiz qalır və xüsusilə tənəffüs üçün nisbətən əlverişli mühit yaranır. Yağış isə havanı daha sürətli şəkildə yuyur, lakin təsiri qısamüddətli olur və çirkləndirici maddələr tez bir zamanda yenidən havaya qalxa bilir.”

Ekoloqun sözlərinə görə, sənaye müəssisələrinin və avtomobil sıxlığının yüksək olduğu ərazilərdə təbii yağıntıların təsiri məhdudlaşır:

“Əgər şəhərdə sənaye tullantıları və nəqliyyat emissiyaları yüksəkdirsə, nə qar, nə də yağış problemi tam həll etmir. Bu yağıntılar sadəcə müvəqqəti rahatlıq yaradır. Davamlı hava təmizliyi üçün əsas həll yolları ekoloji nəqliyyatın təşviqi, sənaye filtrasiya sistemlərinin gücləndirilməsi və yaşıllıqların artırılmasıdır.”

Mütəxəssislər vurğulayır ki, qar və yağış havanı təmizləsə də, uzunmüddətli nəticə üçün insan fəaliyyəti nəticəsində yaranan çirklənmənin azaldılması əsas şərtdir.

Nilay

Oxşar Xəbərlər