Rusiyalı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Aleksandr Yemelyanenko sosial şəbəkələrdə həyat yoldaşı Polina Seledtsova ilə boşandığını bildirib.
32gun.az bildirir ki, idmançı paylaşımında MFC-yə (Çoxfunksiyalı Mərkəz) getməsinin səbəbini açıqlayaraq yazıb:
“Orada nə edirdim? Düzünü desəm, həyat yoldaşımla boşanırdım. Onun öz həyatı var, mənim də öz həyatım. Sevgi yoxdursa, bir yerdə yaşamağın mənası yoxdur. Cəsarətli olun və gəlib boşanın. Qısaca belə”.
Qeyd edək ki, cütlük ilk dəfə 2015-ci ildə ailə qurub, üç ildən sonra isə boşanıb. Münasibətləri bərpa edən tərəflər 2022-ci ilin oktyabrında yenidən evlənmişdi.
Aleksandr Yemelyanenko ProFC versiyası üzrə keçmiş dünya çempionudur. O, döyüş sambosu üzrə dəfələrlə Rusiya və dünya çempionu, həmçinin Avropa çempionu adını qazanıb. 2023-cü ilin may ayının sonunda Moskvada keçirilən “REN TV Döyüşçülər Klubu” turnirinin əsas qarşılaşmasında Yevgeni Yerşovu ikinci raundda ağrılı fəndlə məğlub edib.
Yemelyanenkonun MMA karyerasında ümumilikdə 41 döyüş var. Bu görüşlərin 30-da qələbə qazanıb (20-si nokautla), 10 dəfə məğlub olub, 1 döyüş isə heç-heçə başa çatıb.
Sonuncu dəfə o, ötən ilin dekabrında oktaqona çıxıb və Aleksey Qonçarovu birinci raundda nokautla məğlub edib.
Ayaz