İDMAN
"Fənərbağça"da ayrılıq
"Fənərbağça" futbolçusu ilə yollarını ayırıb.
32gun.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçi Maks Meyerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
26 yaşlı futbolçu Super Liqa təmsilçisinə 2021-ci ilin yayında "Köln"dən transfer olmuşdu. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatırdı.
Qeyd edək ki, Meyer "Fənərbağça"nın heyətində 12 oyunda meydana çıxıb və 1 qol vurub.
Xatırladaq ki, o, geridə qalan mövsümün 2-ci yarısını icarə əsasında Danimarka"Midtyulland"ın da keçirib.