İDMAN

"Qarabağ"da ciddi itki

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç zədələnib. 

32gun.az xəbər verir ki, hazırda davam edən "Şamaxı" ilə oyunda xəsarət alıb. 

Ozobiç qarşılaşmanın əvvəlində zədələnib və 17-ci dəqiqədə gənc, debüt edən 18 yaşlı Nəriman Axundzadə ilə əvəzlənib. 

Qeyd edək ki, "Qarabağ" noyabrın 3-da Bakıda "Frayburq"la Avropa Liqasının qrupunda son matçına çıxacaq. // Fanat.az

Oxşar Xəbərlər