HADİSƏ

49 yaşlı kişi kimyəvi məhlul içərək intihar edib

Biləsuvar rayonunun İsmətli kəndində intihar hadisəsi qeydə alınıb.

32gun.az “Report”a istinadən xəbər verir ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov “Neastol” adlı kimyəvi məhlul içib.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər