HADİSƏ
Azərbaycanda bədbəxt hadisə - YARALILAR VAR
Tovuz rayonun Mülkülü kəndində yol qəzası baş verib.
32gun.az-ın məlumatına görə, hərəkətdə olan "Ford" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı 4 nəfər - 1992-ci il təvəllüdlü İsayev Turqay Tahir oğlu, 1979-cu il təvəllüdlü Cabbarov Sürəddin Nəriman oğlu, 1963-cü il təvəllüdlü Əsgərov Behbud Kalı oğlu və 2000-ci il təvəllüdlü Ələkbərov Elnar Kamran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıbar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin baş vermə səbəbləri araşdırılır. (Bizim.Media)