DÜNYA ÖZ XƏBƏR

Məşhur həkim dünyasını dəyişdi - Görün kimdir (FOTO)

2003-cü ildə Çində yayılan "SARS" epidemiyası barədə ölkəsinə və dünya ictimaiyyətinə xəbərdarlıq edən, bununla da epidemiyanın nəzarət altına alınmasına səbəb olan çinli həkim Dr.Jiang Yanyong vəfat edib.

32gun.az yerli mətbuata istinadən xəbər verir ki, məşhur həkimin pnevmoniya səbəbindən öldüyü bildirilib.

Qeyd edək ki, Dr.Jiang Yanyong səlahiyyətlilərin epidemiya ilə bağlı tədbir görmədiklərini açıq şəkildə dediyi üçün həbs edilmişdi. Bu xəbərin xarici mətbuata sızması nəticəsində Çin rəsmiləri ictimaiyyəti çaşdırdıqları üçün üzr istəmişdi. Həmçinin, bu hadisələr nəticəsində Çinin səhiyyə naziri və Pekinin o zamankı meri vəzifələrindən uzaqlaşdırılmışdı.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər