DÜNYA
Din xadimi həbs olundu - 11 uşağa təcavüz etdiyi üçün
Rusiyanın Orenburq vilayət məhkəməsi keşiş Nikolay Stremskiyə 21 illik həbs cəzası çıxarıb.
32gun.az Rusiya mətbuatına istinadən məlumatına görə, Stremski 11 uşağa qarşı seksual zorakılıq etməkdə günahlandırılır.
Keşiş 2019-cu ilin payızında saxlanılıb. Müstəntiqlər 1999-cu ildən həmin vaxta kimi onun pedofiliya ilə məşğul olduğunu sübut ediblər.