DÜNYA
Deputat çayın sahilində ölü tapıldı - DƏHŞƏTLİ HADİSƏ (FOTO)
Rusiya Federasiyası Kommunist Partiyasından deputat olmuş Daxili İşlər Nazirliyinin veteranı Sverdlovsk vilayətində faciəvi şəkildə dünyasını dəyişib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Aramil şəhərindən olan deputatı Valeri Blinovun cansız bədəni Proletarskaya küçəsində, Sisert çayının yaxınlığında tapılıb.
Ölkə polisinin bildirdiyinə görə, faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, deputatın ölümü cinayət xarakteri daşımır.
Eyni zamanda, Blinovun başından aldığı mümkün zərbədən sonra küçədə donaraq ölməsi də istisna olunmur.
Nilufər