SOSIAL
İkincilər Zəfər Gününü belə qeyd etdi -FOTO+VİDEO
Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin 2 “C” sinif şagirdləri 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirib.
32gun.az xəbər verir ki, tədbirdə çıxış edən sinif rəhbəri Amilə Qorçuyeva şagirdlərə 44 günlük 2-ci Qarabağ müharibəsi tarixindən, şəhidlərimizdən danışıb. O, bu günün önəmini xüsusi vurğulayaraq, şagirdlərinə tariximizi unutmamağı tövsiyə edib. Son da isə sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər deyib, kiçik səhnəciklər göstərib.