"Quseynoff" MMC-nin sahibi və tanınmış iş adamı Emin Hüseynov ona məxsus zavodun bağlanması və "Demonn" şirkətinin istehsal etdiyi araqların yararsız hesab edilməsi ilə bağlı yayılan şayiələrə yenidən aydınlıq gətirib.
32gun.az xəbər verir ki, O, mətbuatda və sosial mediada yayılan bu iddiaların əsassız olduğunu vurğulayıb. Şirkətin fəaliyyətini davam etdirdiyini bildirib.
Emin Hüseynov qeyd edib ki, istehsal olunan məhsullar bütün keyfiyyət standartlarına uyğun olaraq hazırlanır və istehlakçıların sağlamlığı və məmnuniyyəti hər zaman prioritetdir.
Əlavə olaraq, o, şirkətə və məhsullarına qarşı aparılan bu cür qarayaxma kampaniyalarının məqsədli olduğunu və bununla bağlı hüquqi tədbirlər görəcəyini bəyan edib. Bu açıqlama ilə iş adamı həm öz nüfuzunu qorumaq, həm də müştərilərinə doğru informasiya çatdırmaq niyyətində olduğunu nümayiş etdirib.
Onun zavodunda istehsal olunan içkilərin satışında da heç bir problem yoxdur.
Emin Hüseynov yayılan şayiələrə cavab olaraq bildirib ki, sadəcə bəzi sənədlərdə problemlər olub, lakin bu məsələlər artıq həllini tapmaq üzrədir. O vurğulayıb ki, şirkətin fəaliyyəti və satışları normal qaydada davam edir.
Bundan əlavə, iş adamı qeyd edib ki, "Demonn" MMC "Quseynoff" şirkətinə məxsus zavodda yeni içki məhsulunu istehsal edib və bu məhsul artıq bazara təqdim olunub. O, şirkətin gələcəkdə də keyfiyyətli və innovativ məhsullar istehsal etməyə davam edəcəyini bildirib.
Emin Hüseynov insanlara bu cür əsassız məlumatlara inanmamağı tövsiyə edib. O qeyd edib ki, ölkə rəhbərliyi daim vətəndaşlara və sahibkarlara dəstək göstərir və belə bir mühitdə fəaliyyət göstərmək hər bir sahibkar üçün əlavə motivasiyadır.
Hüseynov, yayılan şayiələrin məqsədli şəkildə şirkətin imicinə zərər vurmaq məqsədi daşıdığını vurğulayaraq, qəhrəman xalqdan şayiələrə inanmayacaq dəstək istəyib və birlik nümayiş etdirməyin vacibliyini qeyd edib.
"Şirkətimiz və zavodumuz missiyasını layiqincə davam etdirməyi hədəfləyir"- deyə E.Hüseynov qeyd edib.
.
.
.
.