SOSIAL

Xüsusi təyinatlılar döyüş vaxtı yaralanarkən bu evdə müalicə aldı - VİDEO

Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərin əsas təxliyyə yollarının kəsişmə nöqtəsində yerləşən yerlərdən biri də məhz Edilli kəndi idi.

32gun.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu kənddə təhlükəsiz ərazidə yerləşən evlərdən biri ilkin tibbi məntəqə kimi fəaliyyət göstərib.

Adı çəkilən tibbi məntəqəsi barədə "Kod Adı: YAŞMA" adlı sənədli filmində XTQ-nin qazi həkimi Namiq Seyfəddinli danışıb:

"Otaqları səliqəli vəziyyətə salmışdıq. Dərman vasitələrini orada səliqəli şəkildə komplekləşdirmişdik. Ağır vəziyyətdə olanlara müdaxilə edirdik. Yaraların sarınması, təmizlənməsi və çeşidlənməsi burada gedirdi".

Oxşar Xəbərlər