Məşhur solist əməliyyat olundu
"Müğənni Svetlana Razina səs tellərindən əməliyyat olunub"
Rusiyanin Məşhur "Mıraj" qrupunun keçmiş solisti Svetlana Razina səs tellərindən əməliyyat keçirib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə onun keçmiş həmkarı Natalya Gulkina "StarHit" nəşrinə açıqlama verib.
Razinanın səhhəti ilə bağlı ətraflı məlumat verilməsə də, Gulkina həmkarının bu səbəbdən Kremlin sarayında keçirilən solo konsertində iştirak edə bilmədiyini bildirib.
Qeyd edək ki, 2024-cü ilin aprelində Svetlana Razina "Mıraj" qrupunun yenidən birləşməsini arzuladığını açıqlamışdı. O, Natalya Gulkina və Marqarita Suxankinanı barışmağa çağırmışdı.
"Miraj" qrupu son vaxtlar "Slovo patsana" serialının uğurundan sonra yenidən populyarlıq qazanıb. Razina "Zvezdı soşlis" proqramında çıxışı zamanı qrupun məşhur mahnılarına görə heç bir müəllif ödənişi almadığını bildirmişdi. Onun sözlərinə görə, bu mahnıların müəllif hüquqları boşandıqdan sonra keçmiş həyat yoldaşında qalıb.
Ayxan