MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Özbəkistanın ilk prezidentinin nəvəsi Rusiya realiti-şousunda iştirak edəcək

Özbəkistanın ilk prezidenti İslam Kərimovun nəvəsi Mariam Tillyayeva Rusiyanın yeni realiti-şousu Master igry (Oyunun ustası) layihəsində iştirak edəcək.

32gun.az bildirir ki, bu barədə THT telekanalının mətbuat xidməti Gazeta.ruya məlumat verib.

Mariam uşaqlıq və gənclik illərini Özbəkistandan kənarda keçirib, orada təhsil alıb. Lakin son illər vətənində yaşayaraq ictimai fəaliyyət və sosial layihələrlə məşğul olur. Psixoloji realiti-şouda iştirakı onun üçün tamamilə yeni bir təcrübə olacaq.

“İnsan heç vaxt bilmir ki, kimsə sənə ‘mən səninləyəm’ deyəcək, amma bir saat sonra əleyhinə səs verəcək. Bu güc və ya statusla bağlı deyil, psixologiya, intuisiya və özünə güvənmək bacarığı ilə bağlıdır”, – deyə Mariam çəkiliş təəssüratlarını bölüşüb.

Layihənin 22 iştirakçısı Mərakeşdə dəbdəbəli bir villaya yerləşdiriləcək və orada onlar müxtəlif sınaqlardan və psixoloji oyunlardan keçəcəklər. Şouya aktyorlar Denis Vlasenko və Leon Kemstaç, bloger Jenya Erşov, Filipp Kirkorovun frəylinası Marqo Ovsannikova, prodüser Aleksandr Tolmatskiy və “Ekstrasenslər döyüşü” layihəsindən tanınan altı ekstrasens də qoşulub: İlya Larionov, Dmitri Matveyev, Nikita Turçin, Samanta Adam, Nikol Kuznetsova və Natalya Banteyeva.

“Oyunun ustası” rolunu aktyor Yuri Kolokolnikov ifa edəcək. Oyunda hadisələrin gedişini dəyişdirəcək “coker” rolunu isə Rusiya xalq artisti Filipp Kirkorov canlandıracaq.

Qeyd edək ki, Comedy Club rezidenti və yeni “Blogerlər qapanıb qalıb” serialının aktrisası Yekaterina Şkuro da layihədə rol aldığını, bir qədər də hamiləliyi sayəsində bu imkanı qazandığını etiraf edib.

Ayxan 

Oxşar Xəbərlər