SOSIAL

Amnistiya Aktının icrasına başlandığı ilk gün 36 nəfər azadlığa buraxıldı

"Amnistiya Aktının imzalandığı günün səhərisi, yəni 6 noyabr tarixində Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".

32gun.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.

Oxşar Xəbərlər