İDMAN ÖZ XƏBƏR

"İnter"in futbolçusu və məşqçisi mafiya əlaqələrinə görə diskvalifikasiya edilib

"İnter"in baş məşqçisi və futbolçusu mafiyayla əlaqədə şübhəli bilinir

İtaliyanın "İnter" futbol klubunun baş məşqçisi Simone İnzaqi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu mafiyayla əlaqədə şübhəli bilinir.

32gun.az bildirir ki, bu barədə La Gazzetta dello Sport məlumat yayıb. Onlar hərəsi bir oyundan kənarlaşdırılıb.

İddiaya görə, onların "neradzurri" azarkeş qrupunun lideri Marko Ferdiko ilə əlaqələri olub. Ferdiko hadisədən əvvəl müxtəlif cinayətlər, o cümlədən mafiyayla əlaqə səbəbilə həbs edilib.

Məlumata görə, İnzaqi və Çalhanoğlunun Ferdiko ilə ünsiyyəti 2023 Çempionlar Liqasının finalına əlavə bilet əldə etməklə bağlı olub. Həmin oyunda "İnter" İngiltərənin "Mançester Siti" klubuna 0:1 hesabı ilə məğlub olmuşdu.

Təqsirləndirilən şəxslər istintaqla əməkdaşlıq etdiklərinə görə cəza yüngülləşdirilib. Klub isə 70 min avro məbləğində cərimələnib.

Ayxan 

Oxşar Xəbərlər