Rusiya Premyer Liqasının (RPL) mətbuat xidməti Tolyaıtinin "Akron" klubunun hücumçusu Artyom Dzyubanın növbəti qoluna münasibət bildirib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bəyanat rəsmi RPL-in rəsmi telegram kanalında yayımlanıb.
Qurum futbolçunun yeni rekordunun dayanmaq üçün səbəb olmadığını vurğulayıb.
“Rekord — dayanmaq üçün səbəb deyil. Artyom Dzyuba ardıcıl dörd oyunda qol vurub, bu qollardan ikisi qalibiyyət qazandıran olub”, — deyə paylaşımda qeyd olunub.
Dzyuba sonuncu dəfə RPL çərçivəsində Mahaçqalanın “Dinamo” klubuna qarşı keçirilən oyunda fərqlənib. Matç “Akron”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
19 aprel tarixində isə Dzyuba Moskvanın “Spartak”ına qarşı oyunun 23-cü dəqiqəsində penalti zərbəsi ilə hesabı açıb. Qoldan sonra o, kameralara üzərində "Bax — los idi, 266. Oldu — şir, 267" sözləri yazılmış xüsusi futbolka göstərib.
Bu futbolka, Dzyubanın RPL tarixində “qol+assist” göstəricisinə görə Dmitri Loskovun rekordunu (265 xal: 120 qol + 145 assist) geridə qoymasına istinad edir. Dzyuba ötən tur “Fakel”ə qarşı oyunda bu rekordu qıraraq 266-cı xalını toplamışdı (166 qol + 100 assist). Hazırda onun hesabında 267 xal var. Bu statistika Transfermarkt portalı tərəfindən təqdim olunub.
Ayxan